Cəbhə xəttində gərginlik

7 May 2013 07:35 (UTC+04:00)
AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunın Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Mərzili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az