Yol polislərinə diktofon və kamera verildi

7 May 2013 09:25 (UTC+04:00)
Azərbaycanda yol polisi yeni texnologiya ilə təchiz edilib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, yol polisinin işində şəffaflığı artırmaq üçün Yol Patrul Xidməti (YPX) avtomobilləri kamera və diktofonla təchiz edilib.

K.Əliyev deyib ki, YPX-nin əməkdaşı yol hərəkətini pozan sürücüyə həmin diktofonla yaxınlaşır. Bundan əlavə, həmin şəxsin görüntüləri avtomobildə quraşdırılan kameralar vasitəsilə qeydə alınır.

AzNews.az