“Nə Nurəddin Xoca, nə də Aygün Qubadlıda döyüşüb”

7 May 2013 09:45 (UTC+04:00)


Xalq artisti Aygün Kazımovanın Amerika səfərində verdiyi açıqlama ilə bağlı yaranan qalmaqal hələ də davm edir. Bir necə gün öncə keçmiş döyüşçü Nurəddin Xoca baş verənlərlə bağlı AzNews.az-a açıqlamasında A.Kazımovanın cəbhədə bölgəsində şəfqət bacıdı kimi işlədiyini və xidmətində AKSU tipli avtomatın olduğunu vurğulamışdı.

Qubadlı rayon, 4-cü batalyonun bölük komandiri olmuş İslam Mahmudov AzNews.az-a açıqlamasında bildirdi ki, N.Xocanın adını çəkdiyi slah döyüş şəratində istifadə olunmur: "Nurəddin deyir ki, Aygün Kazımovanın silahının markası AKSU idi. Nurəddin silahın adını düzgün yazmır. Onun adı AKS-U dur. Nurəddin döyüşçü olsaydı, bilərdi ki, o silah açıq döyüş şəraitində istifadə olunmur. AKS-U qapalı şəraitdə binalarda döyüş aparmaq üçündür. Qaldi ki, "Bozqurd"a yəni, Nurəddin Xocaya o, Qubadlı uğrunda gedən döyüş əməliyyatlarının heç birində iştirak etməyib".

Bahar Rüstəmli
AzNews.az