“Ümumi məhsuldarlıq artacaq“ - İsmət Abbasov

7 May 2013 10:10 (UTC+04:00)


Azərbaycanda bu il kənd təsərrüfatı sahəsinin artım dinamikası 6%-dən çox olacaq.

SalamNews-un xəbərinə görə, bunu kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

Onun sözlərinə görə, ölkədə havaların yağışlı keçməsi kənd təsərrüfatı sahəsinə müsbət təsir göstərəcək. Belə ki, bu il bu sahədə ümumi məhsuldarlığın ötən ilə nisbətən artacağı gözlənilir.

O deyib ki, əgər keçən il kənd təsərrüfatı sahəsində artım dinamikası 6,2% təşkil edibsə, cari il bu göstəricinin bundan çox olacağı gözlənilir. Havaların yağışlı keçməsi yalnız meyvəçilik sahəsinə bir qədər mənfi, digər sahələrə isə müsbət təsir göstərəcək. Düşünürəm ki, may ayında hava əlverişli keçərsə, ölkədə bütün növ kənd təsərrüfatı məhsulları istehsalında artım olacaq. Bu, öz növbəsində qiymətlərin aşağı düşməsinə səbəb olacaq."

AzNews.az