Müxalifət liderləri ilə YAP rəsmisi görüşdülər

7 May 2013 10:13 (UTC+04:00)
Azərbaycanın aparıcı siyasi partiya liderləri ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüş keçirib.

Azərbaycanın aparıcı siyasi partiya liderləri ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüş keçirib.

Bu barədə Modern.az saytına Müsavat Partiyasından məlumat verilib. Bildirilib ki, ATƏT rəsmisi ilə görüşdə Müsavat başqanı İsa Qəmbər də iştirak edib.

Qapalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı ilə yanaşı AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.

AzNews.az