200 min turist heyran oldu - FOTOLAR

7 May 2013 11:22 (UTC+04:00)

6 ildir ki, ənənəyə çevrilən,"Əsrlər sədası" festivalına Özbəkistanın Nəvəi şəhəri sahiblik edir. Nəvai şəhərinin mərkəzindən 50 km şimalda yerləşən Sarmışsay dağ silsiləsi ərazisini bu yerlərin adamları həm də müqəddəs sayırlar. Deyirlər ki, zamanında Makedoniyalı İsgəndər – yəni İsgəndər Zülqərineyi də bu müqəddəs yerlərdən keçib. Öz tarixinə, mədəniyyətinə həmişə hörmət və ehtiramla yanaşan özbəklər bu festivalda da əsrlərdən bəri gələn adət ənənələrini, mədəniyyətlərini, musiqi və meydan oyunlarını nümayiş etdirirlər. Özbəklər öz tarixini sevən və onu qoruyan xalqdır. Şərqdə milli və mədəni, tarixi ənənələrini qorumaqla hər il ölkələrinə milyon-milyon turistləri gətirib heyran etməyi bacarırlar. Bu gün də Sarmışsay dağ yamacları və silsilələrinin ətrafında "Əsrlər sədası"na gələn 200 minə qədər yerli və xarici turistləri heyran etməyi bacardılar. Onların bayramlarına Türkiyədən Mustafa Sandal, İtaliyadan Massimo Qalfano da qatılmışdılar.

Festivalda şəkilən fotoları təqdim edirik:

Aida
AzNews.az