Nazpəri Dostəliyeva: “Bezmişəm artıq”

7 May 2013 13:55 (UTC+04:00)
"Bezmişəm, yorulmuşam, bəsdirin... Boş-bekar sözlərdir. Mən dəvətlərimi də almışam, konsertlərdə və tədbirlərdə də varam, vəssalam".

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva dövlət tədbirlərindən kənarda qalmasına münasibət bildirərkən söyləyib.

Müğənnini bu qəbildən olan informasiyaları təkzib etsə də, o, bu günə kimi Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin heç birində iştirak etmədiyini etiraf edib:

"Bu günə kimi heç bir tədbirdə iştirak etməmişəm. Ona görə ki, mən burada deyildim, Moskvada idim. Əgər vaxtım olsa, gedəcəm. Mən bütün dəvətlərə gedə bilmirəm. Tədbirlər rayonlardadır, uzaqdı. Əslində heç bu gün də vaxtım yoxdu, oğlumun ad günüdür. Tədbirlərimiz də çoxdir".

Xatırladaq ki, N.Dostəliyevaya qarşı efir qadağasının qoyulması haqda məlumatlar yayılıb və həmin məlumatların yayılmasından sonra müğənni heç bir telekanalda görünməyib.

Bahar Rüstəmli
AzNews.az