Müxalifət liderinin seçki qərargahının üzvlərinin sayı çoxaldı

7 May 2013 14:04 (UTC+04:00)
Bu gün Müsavat Partiyasının başqanı, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının toplantısı keçirilib.

İclası Mərkəzi Seçki Qərargahının rəhbəri Arif Hacılı aparıb.

Toplantıda Mərkəzi Seçki Qərargahına daha 6 nəfərin daxil edildiyi bildirilib. Beləliklə də, seçki qərargahı üzvlərinin sayı 21-ə çatıb.

Daha sonra qərargah üzvlərinə Mərkəzi Seçki Qərargahının partiyanın Divanında təsdiq olunan fəaliyyət proqramının nüsxələri paylanıb.

İclasda ötən həftə regionlarda seçki kampaniyasını təşkil edəcək şəxslərin müəyyənləşdirilməsi istiqamətində məlumatlar dinlənilib və digər cari məsələlərə baxılıb.

Seçki qərargahının növbəti toplantısı mayın 14-ü saat 14:00-da keçiriləcək.//musavat.com//

AzNews.az