Rövnəq Abdullayev telekanallara şərt qoydu

7 May 2013 15:08 (UTC+04:00)


ARDNŞ prezidenti Rövnəq Abdullayev telekanallara şərt qoyub. Belə ki, bundan sonra telekanallarda şirkətin tədbirlərindən geniş reportaj yayımlanmasa, Rövnəq Abdullayev onlara hər hansı məsələylə bağlı açıqlama verməyəcək.

AzNews.az-a daxil olan məlumata görə, bu barədə artıq telekanalların rəhbərliklərinə də xəbərdarlıq edilib. R. Abdullayevin telekanallara qarşı bu münasibətinə səbəb son zamanlar şirkətin tədbirlərindən geniş süjetlərin təqdim edilməməsi və mətbuat nümayəndələrinin əsasən R.Abdullayevin açıqlamaları ilə kifayətlənməsi olub.

Buna görə də ARDNŞ rəhbərliyi telekanallara ancaq tədbirlərdən geniş reportaj müqabilində R.Abdullayev tərəfindən açıqlamalar veriləcəyini bildirib.

O, mətbuata həmişə açıq adam olduğunu, istənilən telekanala vaxtlı-vaxtında müsahibələr verdiyini önə çəkərək, tədbirlərinin lazımı səviyyədə işıqlandırılmamasından narazılıq edib.

Azər
AzNews.az