Prezidentin xanımı ilə oğlunun videosu yayıldı - Video

7 May 2013 15:11 (UTC+04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Rulofs və kiçik oğlu Nikolozun da çəkildiyi video çarx internetdə yayılıb.

Video çarx prezident Saakaşvilinin rəsmi facebook səhifəsində paylaşılıb.

Klipdə Nikoloz milli geyimdə xorun müşayiəti ilə gürcü xalq mahnısı olan "Dida voi Nana" mahnısını ifa edir. Video çarxda həmçinin Gürcüstanın bir sıra görməli yerlərinin də təsviri yer alıb.

AzNews.az