Bakı bulvarında həyəcanlı anlar

7 May 2013 19:25 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1990-cı il təvəllüdlü Nəzərli Ziya İltifat oğlu dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.

Dərhal hadisə yerinə cəlb olunmuş FHN Dövlət Sularında Xilasetmə Xidmətinin müvafiq dalğıc-xilasediciləri tərəfindən vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:23-də başa çatıb.

AzNews.az