Obamadan Putinə görüş dəvəti

7 May 2013 20:16 (UTC+04:00)
ABŞ dövlət katibi Con Kerrinin Rusiya prezidenti Vladimir Putinlə görüşərək Suriya məsələsini müzakirə edib. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amerika rəsmisi prezident Barak Obamanın salamlarını rusiyalı həmkarına çatdırıb.

Həmçinin Obamanın Putinlə görüşmək istədiyini də bildirib.
Rusiya prezidenti də görüşdə Obamanın bir müddət əvvəl ona ünvanladığı məktuba cavab verəcəyini və görüş dəvətini qəbul etdiyini bildirib.

Elnarə
AzNews.az