Həmyerlisini odlu silahla öldürdü

8 May 2013 08:33 (UTC+04:00)


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1974-cü il təvəllüdlü Zöhrab Əbdülxaliq oğlu Əliyev 1983-cü il təvəllüdlü həmyerlisi Rizvan Məmmədağa oğlu Hüseynovu 1970-ci ilin istehsalı olan "Makarov" tipli tapançadan atəş açaraq öldürüb. Hadisəni törədən R. Hüseynov könüllü olaraq silahla birgə 14-cü Polis Bölməsinə təslim olub.

AzNews.az