Hava necə olacaq?

8 May 2013 08:48 (UTC+04:00)



Ötən gün Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, hava şəraiti iqlim normasından nisbətən yüksək temperatur qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 10-dək davam edəcək.

Növbəti 2 gün ərzində də hava şəraitinin əsasən buludlu, yağmurlu və küləkli keçəcəyi gözlənilir.