Yaralı əsgərin vəziyyəti ağırlaşıb

8 May 2013 10:56 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, bu yaxınlarda əsgərimiz ordudaxili münaqişə əsnasında aldığı xəsarətdən xəstəxanaya yerləşdirilmişdi. 39 gün komada olan əsgər Abdulzadə Toğrul Təyyar oğlunun vəziyyəti 3 gündür ki, ağırlaşıb. Başından güllə yarası alan əsgər kritik vəziyyətdədir, ölümlə mübarizə aparır. Həkimlərin dediyinə görə, artıq beyinlə rabitə tam kəsilib.

Xatırladaq ki, Abdulzadə Toğrul Təyyar oğlu 30 mart 2013-cü il tarixdə əsgər yoldaşı Əliyev Samir tərəfindən açılan atəş nəticəsində başından güllə yarası alıbr. Bir həftə Gəncə hospitalında qaldıqdan sonra aprelin 5-də Bakıya gətirilib.

Samir Əliyev və başqa iki əsgər həbs olunub. Hadisəni törədən əsgər ilkin izahatında Toğrulu öldürmək məqsədi ilə vurduğunu deyib. Toğrulun valideynləri və qohum-əqrəbası müdafiə naziri Səfər Əbiyevin istefası tələbi ilə yaxın günlərdə davamlı etirazlara başlayacaqlarını deyirlər.

Qeyd edək ki, Abdulzadə Toğrul Təyyar oğlu "Xeberinfo" xəbər saytının təsisçisi və baş redaktoru Cavid Cabbarlının yaxın qohumudur.//musavat.com//

AzNews.az