Ölümdən son anda xilas oldu

8 May 2013 14:58 (UTC+04:00)


APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatında görə, Xorasan Rəzəvi vilayətinin mərkəzi Məşhəd şəhərində əhalinin gözü qarşısında Vəhid Zare adlı bir məhbus barəsində çıxarılmış ölüm hökmü icra edilib. Lakin məhbus dar ağacından asılı vəziyyətdə qaldıqdan bir müddət sonra edam cəzasının icrası dayandırılıb və bununla da V.Zare son anda ölümdən xilas olub. Buna səbəb Babək Şakofte adlı hərbçini qətlə yetirməkdə günahlandırılan məhbusu mərhumun valideynlərinin bağışlaması olub.

Qeyd edək ki, İranın Qəzvin vilayətində 1 nəfərə əhalinin gözü qarşısında şallaq cəzası icra edilib. Ad və soyadı açıqlanmayan 24 yaşlı məhbus Qəzvinin Abyek qəsəbəsində maşınların qarşısını kəsib soyğunçuluq etməkdə günahlandırılıb. Qərar Abyekin Ziyaran kəndinin əsas meydanında icra edilib.


AzNews.az