Fərid Məmmədov məşqlərə başladı: Foto + Video

8 May 2013 15:29 (UTC+04:00)
"Avroviziya 2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov mayın 8-də İsveçin Malmö şəhərində, "Malmö Arena"da məşqlərə başlayıb.

Məlumat üçün deyək ki, "Avroviziya 2013" mahnı müsabiqəsi mayın 14-dən 18-dək keçiriləcək.

1991-ci ildə Bakıda doğulan Fərid Məmmədov musiqi təhsilini 1 saylı uşaq incəsənət məktəbində alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. O, martın 14-də Bakının "Buta" sarayında milli seçim turunun final konsertində qalib elan olunub.//mediaforum//

AzNews.az