AZAL-da yenilik

9 May 2013 07:45 (UTC+04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC ("Nar Mobile" ticarət markası) "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarələrinin göyərtəsində internet xidmətlərini işə salmağı planlaşdırır.

Hazırda AZAL-ın 5 təyyarəsinin sərnişinləri mobil rabitənin səs və SMS xidmətlərindən istifadə edə bilirlər.

"AZAL-ın təyyarələrinin göyərtəsində internet xidmətlərinə çıxışın ilin sonunadək mümkün olacağı gözlənilir. Tariflərə gəlincə, şübhəsiz ki, xidmətə tələbat olduğu üçün onun dəyəri məqbul olmalıdır. Bu da bu növ xidmətə tələbatın yaranmasına kömək edir", - şirkətdən deyiblər.//trend//

AzNews.az