İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət etdi

9 May 2013 08:14 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin qarşısına əklil qoyub, Böyük Vətən Müharibəsində dünyasını dəyişmiş insanların xatirəsini yad ediblər. Daha sonra dövlət başçısı müharibə veteranları ilə görüşüb, onların xatirələrini dinləyib, problemləri ilə maraqlanıb.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.//apa//

AzNews.az