Ermənilər Şuşada bayram etdilər

9 May 2013 12:46 (UTC+04:00)
Mayın 9-da Ermənistan prezidenti Serj Sərkisyan işğal altındakı Azərbaycan torpağına – Dağlıq Qarabağa gedib. Sərkisyan Xankəndidə və Şuşada keçirilən bayram mərasimlərinə qatılıb.

Mayın 9-da ermənilər Şuşanın ələ keçirilməsinin 21-ci ilini qeyd edirlər.

Ermənistan prezidentinin iştirakı ilə bu gün Şuşada təsviri incəsənət muzeyi açılıb.

Sərkisyan əvvəlki 5 illik prezidentliyi dövründə Dağlıq Qarabağa 13 dəfə səfər edib. Bu səfərlər 2008-ci ilin may, oktyabr, noyabr; 2009-cu ilin may, oktyabr; 2010-cu ilin iyun, oktyabr; 2011-ci ilin may, sentyabr; 2012-ci ilin yanvar, may, sentyabr və oktyabr aylarında gerçəkləşdirilib.//mediaforum//

AzNews.az