“Mançester Siti“dən transfer bombaları

9 May 2013 14:27 (UTC+04:00)
Ötən mövsüm qazandığı çempionluq titulunu itirən "Mançester Siti" yenidən liderliyə yüksəlmək üçün bu yay transfer bazarının ən fəal klublarından olacaq.

Belə ki, Mançester təmsilçisi bir neçə transfer bombası partlatmağa hazırlaşır. Klub rəhbərliyi "Napoli"nin ulduzu Edinson Kavaninin transferi üçün 40 milyon funt-sterlinq ayırıb.

Həmçinin, "Mançester Siti"nin idman direktoru Txiki Beqiristaynın braziliyalı Neymarı yola gətirməyə çalışdığı bildirilir.

Baş məşqçi Roberto Mançininin siyahısındakı əsas isim "Atletiko"nun ulduzu Radamel Falkaodur. İtaliyalı mütəxəssis "Çelsi"nin də hədəfində olan kolumbiyalı futbolçunun transferində israr edir.

"Mançester Siti" bu transferi reallaşdırmaq üçün Almaniya klublarının və "Tottenhem"in maraqlandığı Edin Dzekonu sata bilər.

AzNews.az