7 övlad və 26 milyon dollar cərimə

9 May 2013 15:40 (UTC+04:00)


Çjan İmou Çindəki bir uşaq siyasətinə qarşı çıxaraq 7 övlada sahib olub. Əlavə 6 övlad isə ona düz 26 milyon dollara başa gələ bilər. Bu isə onun illik gəlirindən iki dəfə çoxdur.

1 milyarddan çox əhalisi olan Çində rejissoru 4 ayrı qadından 7 uşaq sahibi olmaqda ittiham edirlər. Amma bu hələ son deyil. Çünki rejissor çoxuşaqlılıqdan əlavə həm də nigahsız uşaq sahibi olduğu üçün cəzalandırıla bilər.

Rejissor özü bu barədə məlumatları şərh etməkdən imtina edib.(anspress)

AzNews.az