Xaçmazdakı hadisə ilə bağlı son məlumat: komandir danışdı

9 May 2013 18:11 (UTC+04:00)


Bu gün Xaçmaz rayonunda etiraz aksiyasının keçirilməsi barədə yayılan hadisə ilə bağlı AzNews.az məlumat əldə edib.

Məlum olub ki, Dövlət Sərhəd Xidmətinin Xudat hərbi hissəsinin komandiri Rövşən Səfərov dövlət qeydiyyat nömrə nişanı 05-00-SQ olan "Nissan Gloria" markalı xidməti avtomobilində olub. Avtomobili onun sürücüsü idarə edib. Qəza VAZ 21.04 markalı 40BX309 nömrəli avtomobilin komandirinin maşınını arxadan vurması nəticəsində baş verib. Qəzanı törədən sürücünün içkili olduğu bildirilir.

Rövşən Səfərovun AzNews.az-a verdiyi məlumata görə, hazırda heç bir gərginlik yaşanmır.

"Yazılan məlumatlar həqiqətə uyğun deyil. Qəzanı biz deyil, qarşı tərəf törədib. Saytlarda yazıldığı kimi, içkili tərəf biz olmamışıq. Hazırda heç bir gərginlik yaşanmır. Avtomobili mənim sürücüm idarə edib",-deyə Rövşən Səfərov bildirib.

Qəzanın sürücünün içkili olması səbəbindən törədildiyi deyilir.


Qeyd edək ki, bu gün Musavat.com-un yazdığı məlumatda bildirilib ki, Rövşən Cəfərov Xudat yolunda avtoqəza törədib. Səbəbkarın özünün olmasına baxmayaraq, hərbçı maşından düşərək nalayiq ifadələr işlədib. Qəza iştirakçısı olan digər avtomobildə qadın və uşaqların olması da onu sakitləşdirməyib. Ətrafdakılar hərbçinin hərəkətlərinə etiraz etdikdə o, təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları daha da qızışdırıb və əhali baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışıb.

Aynur
AzNews.az