Olimpiya çempionu suda boğuldu

10 May 2013 07:25 (UTC+04:00)



ABŞ-da bədbəxt hadisə nəticəsində yelkən idmanı üzrə britaniyalı Olimpiya çempionu Endryu Simpson həlak olub.36 yaşlı çempion qayığın çevrilməsi nəticəsində suya düşüb.

Zərərçəkəni yalnız 10 dəqiqədən sonra sudan çıxarmaq mümkün olub. "Artemis Racing" komandasının üzvləri olimpia çempionunu həyata qaytarmaq mümkün olmadığını bəyan ediblər. "Endryunun yaxınlarına başsağlığı veririk", - deyə komandanın saytında bildirilir.

Xatırladaq ki, Simpson 2008-ci il Pekin Olimpiadasında çempion olmuşdu. O, 2010-cu il dünya çempionatında qızıl medal qazanmışdı.(anspress)

AzNews.az