39 nəfər ildırımın qurbanı oldu

10 May 2013 09:02 (UTC+04:00)


Hadisə ötən gün, mayın 9-da baş verib. Dabeldə qeyd olunan bayrama 500-ə yaxın insan qatılıb. İlkin məlumatlara görə, ildırım yarmarka ərazisində yerləşən ağacları vurub, nəticədə onların yaxınlığında duran insanlar xəsarət alıb.

Zərərçəkənlər təcili yardım maşınları və iki helikopter vasitəsilə xəstəxanaya çatdırılıblar. Xəsarət alan 39 nəfərdən səkkizinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

AzNews.az