Səhiyyə Naziriliyinə 601 şikayət daxil olub
10 May 2013 09:24 (UTC+04:00)
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərin 601-i şikayət olub. Onların 82-si əsaslı, 396-sı əsassız, 123-ü isə cari problemlərlə bağlı şikayət kimi qeydə alınıb.
Müraciətlərin 218-i sorğu xarakterli, 26-sı aidiyyəti üzrə olmayıb.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.
AzNews.az