Abşeronda qumbara partladı

10 May 2013 10:18 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, Pirəkəşkül qəsəbəsi (Çaylı kəndi də deyilir) yaxınlığında 1996-cı il təvəllüdlü Əhmədov Elvin Hüseynbala oğlu qumbara partlaması nəticəsində həlak olub.

Məlumata görə, 17 yaşlı E.Əhmədov Qobustan rayonunun Ərəbşalbaş kəndinin sakinidir. O qoyun otara-otara Pirəkəşkül qəsəbəsi yaxınlığınadək gəlib. Burada yeniyetmə oğlan yerdən qumbara tapıb. Ehtiyatsızlıq nəticəsində qurğu partlayıb və Qobustan sakini hadisə yerindəcə keçinib.

E.Əhmədov orta məktəb şagirdi olub. Faktla əlaqədar araşdırmalar başlanılıb. Hadisənin hərpi poliqon yaxınlığında baş verdiyi bildirilir.

AzNews.az