Hava necə olacaq?

10 May 2013 10:33 (UTC+04:00)



Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi xəbərə görə, havanın temperaturu gecə 14-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

AzNews.az