Bakıda bağlı olan yolların siyahısı

10 May 2013 11:10 (UTC+04:00)


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilənməlumatına görə, həmçinin, Ş.Bədəlbəyli küçəsinin Bülbül və R.Behbudov küçələri ilə kəsişməsinə qədər olan istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət var.

Gül bayramının təşkil edildiyi əraziyə giriş Konsevatoriyanın yanından (Ş.Bədəlbəyli və R.Behbudov küç. kəsişməsindən) olacaq.

Badamdar istiqamətindən Azneft istiqamətinə gələnlər İpək yolundan istifadə etməklə, Bibiheybət yolu - Mikayıl Hüseynov küçələrindən istifadə etməklə Neftçilər prospektinə çıxa bilərlər.

Bülbül prospektinə alternativ yol Səməd Vurğun, Ş.Bədəlbəyli küçəsinə isə Dilarə Əliyeva və 28 May küçələrindən istifadə etmək olar.

AzNews.az