Xalq artisti İlham Əliyevə məktub yazdı

10 May 2013 12:36 (UTC+04:00)
Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, xalq artisti prezident mükafatına layiq görüldüyü üçün ölkə rəhbərinə minnətdarlığını bildirib.

"Siz Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, bu sahədə çalışan sənət adamlarına böyük qayğı göstərirsiniz. Yaradıcılığımı yüksək qiymətləndirərək, məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da Azərbaycan musiqisinin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyəm"-deyə məktubda qeyd olub.

AzNews.az