Suriyada döyüşən azərbaycanlı mücahidlərlə bağlı AÇIQLAMA

10 May 2013 14:38 (UTC+04:00)
Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştriak edən Azərbaycan vətəndaşının videosunun yayılması və onların mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırmaları barədə Milli Təhlükəsizlik Nazirliyi açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirlik rəsmisi onu da bildirib ki, dövlət təhlükəsizliyinə nəzarət olunur.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştriak edən Azərbaycan vətəndaşının videosu yayılıb. "Youtube"-da yayımlanan videoda mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırıb.//modern.az//


AzNews.az