İsmayıl Ömərov Azərbaycanı tərk etdi

10 May 2013 15:26 (UTC+04:00)
Sabiq baş direktorun xaricə gözlənilməz səfəri müəyyən şübhələrə yol açıb

İctimai TV-nin sabiq baş direktoru İsmayıl Ömərov Azərbaycandan gedib.

Bu barədə İsmayıl Ömərovun yaxınları məlumat verib. Onlar bildirib ki, İTV-nin sabiq rəhbəri bir neçə gündür ki, ölkəni tərk edib. Onun xaricə müalicəyə getdiyi bildirilir.

Qeyd edək ki, İTV-də ciddi maliyyə yoxlamalarının aparıldığı barədə məlumatlar da yayılıb.

Xatrıladaq ki, İsmayıl Ömərov İTV-nin baş direktorluğuna üçüncü dəfə keçirilən müsabiqəyə namizədliyini verməməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu situasiya onun vurulması kimi şərh olunur. //qafqazinfo//

AzNews.az