Əliyeva energetika naziri ola bilər

10 May 2013 19:23 (UTC+04:00)


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "Praymer" informasiya agentliyinə "Gürcü Arzusu" koalisiyasından bildirilib. Agentliyin məlumatına əsasən, "Gürcüstanın Energetika və Təbii Resurslar naziri Kaxa Kaladze prezidentliyə namizəd kimi irəli sürüldüyü halda Ramilya Əliyeva onun yerinə keçəcək".

Qeyd edək ki, Ramilya Əliyeva Gürcüstan Polis Akademiyasında insan hüquqları üzrə mühazirələr oxuyub və son iki ildə müxtəlif hüquq müdafiə təşkilatlarında çalışıb. Hazırda R. Əliyeva Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının üzvüdür. Son iş yeri Gürcüstanın İctimai Televiziyası olub.

AzNews.az