Avtobus kanalizasiya xəndəyinə düşdü

11 May 2013 07:15 (UTC+04:00)
Binəqədi yolunda marşrut avtobusu kanalizasiya xəndəyinə düşüb. Yaşayış sahəsinin qarşısındakı yolda baş verən qəza zamanı xəsarət alan olmasa da, sərnişinlər arasında təşviş yaranıb


170 saylı marşrutun sürücüsü, Bəxtiyar Ağayev: "Binəqədi istiqaməti gəlirdim, yollar bərbad haldadır, tez-tez burda belə hadisələr baş verir".

Marşrut avtobusu çox keçmədən iri yük avtomobilinin köməyi ilə xəndəkdən çıxarılıb.//anspress//

AzNews.az