İranda 6 bal gücündə zəlzələ

11 May 2013 07:35 (UTC+04:00)


Trend-in verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 160 kilometr şimal-şərqdə olub.

Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, cümə günü gecə saatlarında İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib.

AzNews.az