Kikboksçularımızdan şad xəbər var

11 May 2013 08:53 (UTC+04:00)
Avstriyanın Vyana şəhərində mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş peşəkarlar arasında Azərbaycan Avropaya qarşı kikboksinq üzrə turnir başa çatıb.

Teleqraf.com-un məlumatına görə, federasiyanın prezidenti millət vəkili Adil Əliyev Facebook-dakə səhifəsində ümumi hesabın heç-heçə olduğunu bildirib: "Hesab 6-6 oldu. Kikboksçularımız çox yüksək seviyyədə vuruşdular. 2 kəmər və 4 kubok qazandıq. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçılara və sponsorlara öz təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını bu güzəl gün və yarış münasibəti ilə təbrik edirem".

AzNews.az