Sevgilisini boğub öldürdü

11 May 2013 09:14 (UTC+04:00)



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cavadxan küçəsi ev 21, mənzil 54 ünvanında 1990-cı il təvəllüdlü Bədəlov Qəhrəman Şamil oğlu qeyri-rəsmi nikah münasibətində yaşadığı 1980-ci il təvəllüdlü Məmmədova Yeganə Fəxrəddin qızını boğaraq öldürüb. O daha sonra qadının boynundakı qızıl boyunbağını və 350 manat pulunu götürərək qaçıb. Q.Bədəlov Sabunçu rayonundakı qohumunun yanına gedib və daha sonra Sabunçu RPİ-yə gələrək təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, hər iki şəxs Kəlbəcər rayon sakinləridir.

AzNews.az