İran “Röyters”in fəaliyyətinə “hə“ dedi

12 May 2013 09:10 (UTC+04:00)


APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, agentliyin akkreditasiyası keçən ilin martında yerli büronun döyüş sənətini öyrənən iranlı qadınlar barədə hazırladığı reportaja uğursuz başlıq verdiyinə görə ləğv olunmuşdu.

"Məhkəmə "Röyters"ə Tehran bürosunu yenidən açmağa icazə verib", deyə İranın mədəniyyət nazirinin müavini Məhəmməd Cəfər Məhəmmədzadə bildirib.

Xatırladaq ki, "Röyters" informasiya agentliyinin İran bürosunun bağlanması döyüş sənətini öyrənən iranlı qadınları "muzdlu qatillər" kimi xarakterizə edilən reportajla bağlı olub. Keçən ilin fevral ayında ölkədə döyüş sənətini öyrənən qadınlar barəsində hazırlanan reportajda qadınlar muzdlu qatil olmaq istəyən şəxslər kimi qələmə verilmişdi.

AzNews.az