Putin Kameruna erməni konyakı hədiyyə etdi

12 May 2013 10:09 (UTC+04:00)


Vladimir Putin Böyük Britaniyanın baş naziri Devid Kamerona erməni konyakı hədiyyə edib.

Putinin Soçidəki daçasında onun Britaniya baş naziri ilə üç saatlıq danışıqlarında Suriyada keçid hökumətinin yaradılması üçün səylərin artırılmasına dair razılaşma da müsbət dəyişiklik kimi qəbul edilir.

Bununla belə, bu cəhdlərin konkret şəkildə nədən ibarət olduğu barədə açıqlama verilməyib.

Britaniya mətbuatı yazır ki, David Cameron Rusiya prezidentinin Soçi iqamətgahında qonaqlanan ilk Britaniya baş naziri olsa da, Putin-in hərəkətlərində sərinlik hiss edilirmiş. Hərçənd, ruslar süfrəyə Londonun bir nömrəli saatı olan "Biq Ben" formasında tort da qoyublar.

Bunun müqabilində Cameron Rusiya prezidentinə ötən il London Yay Olimpiya Oyunlarında çəkilmiş bir fotonu bağışlayıb.

Bu şəkildə Putin və Cameron cüdo yarışını izləyirlər.

Lakin Vladimir Putinin cavab hədiyyəsi xüsusilə maraqlı olub.

BREJNEV ZAMANINDAN QALMA ERMƏNİ KONYAKI

Putin Cameron-a 1971-ci il tarixli erməni konyakı bağışlayıb və deyib ki, Stalin 1945-ci ildə Winston Çörçilə məhz belə bir içkini hədiyyə edib.(azadlıq.org)

AzNews.az