Sarkisyan qonaq gözləyir

12 May 2013 11:14 (UTC+04:00)


Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistana rəsmi səfər edəcək. Serj Sarkisyanın qonağını böyük nümayəndə heyəti müşayiət edəcək. Heyətə nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri, o cümlədən biznesmenlər daxildir.

Lukaşenkonun Sarkisyanla danışıqlarda konkret hansı məsələləri müzakirə edəcəyi açıqlanmır.

Aynur Hüseynova
AzNews.az