Uşaq qatarın altında qaldı- Bakıda

12 May 2013 18:48 (UTC+04:00)


Nərimanov rayonu Montin qəsəbəsində dəhşətli hadisə baş verib. Belə ki, dəmir yol xətlərinin keçdiyi ərazidə bir yaş yarımlıq qızı qatar vurub. Körpəsini dünyaya gətirmək üçün doğum evində qalan ananın, uşağını baldızının yanında qoyduğu bildirilir.

Qatar vurması nəticəsində uşağın ayaqları kəsilib və uşaq yerindəcə dünyasını dəyişib.

Hazırda baş vermiş olayla bağlı araşdırma aparılır.

Mətanət
AzNews.az