PKK-lıların getməyəcəyi ölkə açıqlandı

13 May 2013 07:30 (UTC+04:00)
Türkiyədə əldə edilən razılığa əsasən bu ölkədən geri çəkilən PKK silahlılarının getməyəcəyi ölkənin adı açıqlanıb. Terror təşkilatı üzvlərinin Suriyaya getməyəcəyi bildirilib və bunun səbəbi həmin ölkənin coğrafi şəraitinə uyğunlaşmaqla bağlı yarana biləcək problemlərlə əlaqələndirilib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Kandildən verilən açıqlamada məhz bu məqam xüsusi vurğulanıb.

PKK rəhbəri Murad Karayılan terror təşkilatına yaxın bir internet portalına verdiyi açıqlamada PKK_- lıların Türkiyəni tərk etməsi ilə bağlı bunları bildirib: "İndi hələlik başlanğıcdayıq. 2-3 gün keçib. Hələlik heç bir əngəlləyici məsələ ortaya çıxmayıb".

Elnarə Əlosmanqızı
AzNews.az