“Aida” operasının tamaşası keçiriləcək

13 May 2013 08:57 (UTC+04:00)
Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək.

Teatrdan verilən məlumata görə, tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belarus və Gürcüstan vokal ifaçıları da çıxış edəcək.
Mayın 18-də baş tutacaq tamaşada Aida rolunu Rusiyanın Böyük Teatrının solisti Anastasiya Moskvina, Radames rolunu Gürcüstanın xalq artisti Teymuraz Ququşvili, Amonasro partiyasını isə Sulxan Qvelesiani ifa edəcək.

Bahar Rüstəmli
AzNews.az