İçməli su fasilələrlə veriləcək

13 May 2013 09:05 (UTC+04:00)
Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 13-də gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

AzNews.az