Ermənilər Şuşada bayram etdilər - VİDEO

13 May 2013 09:36 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla, qondarma respublikanın prezidenti Bako Saakyan və İrəvandan gələn digər erməni rəsmilər mayın 9-da Şuşanın işğalı günü bayram şənliyi keçiriblər.

"Qafqazinfo" xəbər verir ki, həmin tədbirin video görüntüləri erməni mətbuatında bu gün yayımlanıb.

Qeyd edək ki, Xankəndi küçələrində hərbi marşla başlayıb, Şuşada bayram şənlikləri ilə başa çatan mərasimdə Xocalı soyqırımının törədilməsində şəxsən iştirak edən və bunu daha sonra yazdığı əsərdə fəxrlə xatırlayan Zori Balayan da iştirak edib.

AzNews.az