Bakıda ağır qəza: 2 ölü

13 May 2013 13:07 (UTC+04:00)


AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mərdəkan qəsəbəsi ərazisində şəhər sakinləri Ağaməmməd Qəhrəmanovun idarə etdiyi "Toyota" markalı və Mirabbas Əlimuradovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əlimuradov və sərnişini Məmmədəli Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az