Daha bir azərbaycanlı fəal İranda həbs edildi

13 May 2013 17:55 (UTC+04:00)
İranda tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın "Oyannews"a istinadən verdiyi xəbərə görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Abdullah (Güntay) Səduqini mayın 13-də evindən aparıblar. Hazırda onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, A.Səduqi 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən ETTELAAT əməkdaşları tərəfindən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub.

AzNews.az