Ermənilərlə iranlılar arasında kütləvi dava

13 May 2013 21:21 (UTC+04:00)


İrəvandakı "Maskarad" klubunda iranlılar və ermənilər arasında dava düşüb. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, mübahisəyə iranlının rəqs zamanı erməni qıza toxunmasından sonra başlayıb. Erməni qızlar iranlı gəncdən üzrxahlıq tələb ediblər. Bundan sonra mübahisəyə erməni oğlanlar da qoşulublar və insidet kütləvi davaya çevrilib.

Hadisə yerinə gələn polis əməkdaşları dava iştirakçılarını şöbəyə aparıblar. Məhkmə-tibb ekspertizası təyin edilib, araşdırma aparılır.

AzNews.az