Bakıda tikilən möhtəşəm yol qovşağından - FOTOLAR

14 May 2013 07:35 (UTC+04:00)



Bakıda metronun "Gənclik" stansiyası yaxınlığında Qələbə meydanındakı möhtəşəm yol qovşağının tikintisi davam etdirilir. "Azəryolservis" ASC xeyli müddətdir tikintisi aparılan qovşağın nə vaxt istifadəyə veriləcəyini açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev milli.az-a bildirib ki, yol ötürücü qovşağının bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Qurum rəsmisi qeyd edib ki, 6 tunel, 2 piyada keçidi və metronun "Gənclik" stansiyasının 2 çıxışı olan yol qovşağı kompleksində işlərin böyük hissəsi görülüb.

AzNews.az