88 yaşlı qadın qapı arxasında qaldı - Bakıda

14 May 2013 07:56 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qadın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb.
88 yaşlı qadın xilas edilmə prosesi saat 08:04-də başa çatıb.

Elnarə
AzNews.az